Azərbaycan BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını ratifikasiya edən ilk ölkədir
Milli Məclis fevralın 10-da Birləşmiş Millətlər Təşkilatının "Kibercinayətkarlığa qarşı" Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsini qəbul edib.