“SOCAR Trading” və “AzərEnerji” ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyalarını əhatə edən Hidro-3 layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub. “AzərEnerji”dən verilən məlumata görə, layihə 28 may 2025-ci il tarixində dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan Gold Standard tərəfindən qeydiyyata alınıb, 28 yanvar 2026-cı il tarixində Hidro-3 […]