Dünyanın ən böyük alüminium zavodu istehsalı azaltmağa başlayıb. Alüminium qiymətləri 2022-ci ildən bəri maksimuma çatıb

Bloomberg yazır ki, Bəhreyndə yerləşən və dünyanın ən böyük alüminium zavodu sayılan Alba (Aluminium Bahrain) Hörmüz boğazının blokadası fonunda istehsalın mərhələli şəkildə azaldılmasına başlayıb. Şirkət illik 1,6 milyon ton ümumi istehsal gücünün təxminən 19%-ni təşkil edən üç istehsal xəttini dayandırır. Bu addım zavodun xammal ehtiyatlarını qorumağa və müəssisənin digər hissələrinin fəaliyyətini davam etdirməsinə kömək edəcək. […]