"Müştərilər çaşbaş qalıblar" - Yaxın Şərqdəki münaqişə ölkəmizdə turizmə necə təsir edir?

Bayram tətillərini səbirsizliklə gözləyən insanlar bu fürsətdən daha çox səyahət xəyallarını gerçəkləşdirmək üçün istifadə edirlər. Təbii ki, bu səyahətlər gündəlik işdən yayınmağa, enerjini artırmağa və dünyaya yeni bir perspektivdən baxmağa kömək edir. İnsanlar büdcələrinə uyğun uzaq-yaxın xarici ölkələrə gedir və ya ölkə daxilində istirahət edirlər. Budur, 11 günlük Novruz bayramı tətili qapıdadır. Dünyada baş verən gərgin hadisələr insanların səyahət planlarını qismən dəyişdirsə də, tamamilə poza bilməyib.