Moskva-Bakı reysi ilə uçan təyyarə Şeremetyevo hava limanına qəza enişi edib

Moskva-Bakı reysi ilə uçan Aeroflot şirkətinə məxsus təyyarə Şeremetyevo hava limanına qəza enişi edib. Banker.az xəbər verir ki, təyyarə səhər saat 8:00-da Bakıya yola düşüb, lakin mühərrikində nasazlıq yarandığı üçün Şeremetyevoya qayıdıb. Təyyarə Moskva vaxtı ilə saat 12:10-da təhlükəsiz yerə enib. Xəsarət alan olmayıb.