Dım-dım halvası

Telefonda dostum Abidlə (Məmmədov) dərdləşirdik. Xeyli vaxtdır bir məsələni çözməyə çalışırdı. Niyə indiyə qədər həll edə bilmədiyini soruşdum. “Dım-dım halvasıdırmı? Elə asan məsələ deyil axı” deyə cavab verdi. Qulaqlarıma inanmadım, qəribə bir gizilti keçdi içimdən… Anam dünyasını dəyişəndən bəri ilk dəfə idi ki, “Dım-...