Oxu
Hindistanla yaşadığı gərginlik fonunda Pakistanın qüdrətli strateji müttəfiqi formalaşıb. Rəsmi İslamabad qonşu Çinlə münasibətləri inkişaf etdirir. Ölkələr arasında qarşılıqlı səfərlər artıb, Pekin açıq və ya dolayı şəkildə İslamabada dəstək verir. İki ölkə arasında münasibətlər artıq beynəlxalq siyasətdə "dəmir qardaşlıq" və "hər cür şəraitdə strateji tərəfdaşlıq" kimi xarakterizə olunur. Son illərdəki qlobal geosiyasi dəyişikliklər, regional təhlükəsizlik problemləri və iqtisadi maraqlar bu əməkdaşlığın daha da dərinləşməsinə səbəb olub.
Go to News Site