Collector
Əksəriyyətimizi düşündürən sual: Etibarlı usta varmı? - FOTO | Collector
Əksəriyyətimizi düşündürən sual: Etibarlı usta varmı? - FOTO
Oxu

Əksəriyyətimizi düşündürən sual: Etibarlı usta varmı? - FOTO

Evdə hər şey qaydasında olanda məişət texnikalarının önəmini çox da hiss etmirik. Soyuducu sakitcə işləyir, paltaryuyan öz ritmində fırlanır, kondisioner evdə istədiyiniz temperaturu yaradır, televizor isə axşamların əyləncəsinə çevrilir. Amma cihazlardan biri qəfil dayananda evdə bütün nizam pozulur, təcili usta axtarışına çıxırıq. Əsl problem də çox vaxt elə bundan sonra başlayır. Çünki nasaz texnikanı təmir etdirmək bəzən onu almaq qədər xərc tələb edir. Rəsmi servisə getsən, xidmət haqqı bəzən cihazın yarı qiyməti qədər olur. Cib yandıran bu qiymətlər bir çox insanı geri addım atmağa məcbur edir.

Go to News Site