Report
Bu ilin may ayında "Azərbaycan Dəmir Yolları" QSC 1,6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur. "Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, ötən ay tranzit daşımaları 700 min tonu ötərək 1 il əvvəlki göstəricisini 34 % üstələyib. Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48 % (398 508 ton), Şimal-Cənub istiqaməti üzrə 26 % (55 072 ton), Şimal-Qərb istiqaməti üzrə isə 19 % (236 480 ton) artım qeydə alınıb.
Go to News Site