Oxu
"Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönələn qanunvericilik təşəbbüsü müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilən mühüm və strateji addımdır. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına müəyyən məhdudiyyətlərin tətbiqi ilk növbədə uşaqların fiziki, psixoloji və mənəvi inkişafının qorunmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas məqsədlərindən biri sağlam, savadlı və milli-mənəvi dəyərlərə bağlı gənc nəslin formalaşdırılmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə uşaqların müdafiəsi, təhsili və inkişafı sahəsində həyata keçirilən çoxsaylı layihələr də bu istiqamətdə dövlətin ardıcıl siyasətinin göstəricisidir. Qanun dəyişikliyi cəmiyyətə daha təhlükəsiz informasiya mühiti, uşaqların hüquqlarının daha etibarlı müdafiəsi və rəqəmsal risklərin minimuma endirilməsi baxımından mühüm perspektivlər vəd edir".
Go to News Site