Oxu
Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalmanın müşahidə olunması Milli Məclisdə də gündəmə gəlib. Milli Məclis sədrinin müavini Əli Əhmədov bununla əlaqədar yaxın gələcəkdə məktəblərdə oxuyan uşaqların sayının əhəmiyyətli dərəcədə azalacağını qeyd edib. Belə ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub: "Bu isə o deməkdir ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər".
Go to News Site