Collector
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı? | Collector
Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Oxu

Sərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?

Son günlər Bakıda ictimai nəqliyyatda baş verən cibgirlik hadisələri bu problemi yenidən gündəmə gətirib. Daxili İşlər Nazirliyi marşrut avtobuslarından birində baş verən cibgirlik faktı ilə bağlı məlumat və görüntülər yayıb. Məlumata görə, sərnişinin içərisində 200 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı şəxs saxlanılıb. Elə həmin gün metro stansiyalarının birində də oxşar hadisə qeydə alınıb və sərnişinin çantasından pulqabısı ilə yanaşı mobil telefonunun oğurlandığı bildirilib. Son illərdə cibgirlik halları nisbətən azalmış kimi görünsə də, xüsusilə sıxlıq müşahidə olunan ictimai nəqliyyat vasitələrində bu problemin yenidən aktuallaşması narahatlıq doğurur. Bu baxımdan, ictimai nəqliyyatda cibgirlik halları, onların qarşısının alınması və vətəndaşların özlərini necə qorumalı olduqları yenidən müzakirə mövzusuna çevrilib.

Go to News Site