Collector
Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlar | Collector
Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlar
Oxu

Belarus və Azərbaycan tikinti sahəsində irimiqyaslı layihələr reallaşdıracaqlar

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) nümayəndə heyəti Belarus memarlıq və tikinti naziri Aleksandr Studnevlə görüşüb. Görüş zamanı nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkə rəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığa güclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq Belarus Respublikası İnşaatçılar İttifaqı ilə ATİA arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum memarlıq və tikinti sahəsində sistemli əməkdaşlığı və irimiqyaslı birgə layihələr üçün hüquqi bazanı təmin edir.

Go to News Site