Collector
Cənubi Qafqazda sülh və Avropanın "qətnamə diplomatiyası": Reallıq, yoxsa siyasi təzyiq? | Collector
Cənubi Qafqazda sülh və Avropanın
Report

Cənubi Qafqazda sülh və Avropanın "qətnamə diplomatiyası": Reallıq, yoxsa siyasi təzyiq?

Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Özü də eyni gündə. Məsələn, aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.

Go to News Site