Oxu
"WhatsApp" uşaqlar üçün valideyn nəzarətli hesablar funksiyasını istifadəyə verib. Bu yenilik valideynlərə kiçik yaşlı uşaqların mesajlarını və sosial media davranışını izləmək imkanı yaradır. Valideyn uşağın kimlərlə ünsiyyət qurduğunu, hansı qruplara qoşulduğunu izləyir. Hətta məxfilik parametrlərini görə, naməlum nömrələrdən gələn mesaj sorğularını bloklaya bilər. Uşaq isə bu parametrləri dəyişə bilməz, bunun üçün PIN-kod tələb olunur. Bu funksiya təhlükəsizlik baxımından faydalıdır, lakin valideyn nəzarətinin uşaqların etimadına və psixoloji rahatlığına təsiri ilə bağlı fikir ayrılığı mövcuddur. Bəziləri hesab edirlər ki, valideynlər uşaqlarının yazışmalarını mütləq izləməlidir. Digərləri isə ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır və qeyd edirlər ki, həddindən artıq müdaxilə uşaqlarda qıcıq, etimad problemi yarada bilər.
Go to News Site