Collector
"Card to Card" əməliyyatlarına görə vergilər hesablanmalıdırmı? | Collector
Report

"Card to Card" əməliyyatlarına görə vergilər hesablanmalıdırmı?

Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır. Lakin bu əməliyyatlardan sui-istifadə edən şəxslər də az deyil. Belə ki, bəzi sahibkarlar vergilərdən yayınmaq məqsədilə əldə etdikləri gəlirləri gizlətmək üçün təqdim etdikləri malların, xidmət və ya işlərin dəyərini kassa aparatı, POS-terminal və ya bank hesabı vasitəsilə yox, sadəcə adi vətəndaş qismində öz adlarına açdırdıqları bank kartları ilə "Card to Card" köçürmələri həyata keçirərək qəbul etməyə çalışırlar. Bu cür halların qarşısını almaq məqsədilə banklar tərəfindən şübhəli hesab edilən kart əməliyyatlarına dair məlumatlar vergi orqanlarına təqdim olunur və vergi orqanları həmin vətəndaşlara bu əməliyyatlara görə vergilər hesablayır. Bəs görəsən bu məsələ ilə əlaqədar qanunvericilik nə nəzərdə tutur?

Go to News Site