Collector
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH | Collector
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
Report

İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH

XVIII-XIX əsrlərdə Cənubi Qafqaz regionunda geosiyasi dəyişikliklər müəyyən qüvvələrin təhriki ilə ermənilərin regiona kütləvi köçürülməsi ilə nəticələndi. Xüsusilə Gülüstan və Türkmənçay müqavilələrindən sonra İran, Türkiyə və digər ərazilərdən ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi intensiv xarakter aldı. Bu zaman isə regionda ermənilər tərəfindən "yeni mədəni reallıqlar" formalaşdı. Məsələn, azərbaycanlılara məxsus mədəni-maddi irs nümunələri, məscid və qəbiristanlıqlar, türbələr, tarixi qalalar, obyektlər sistemli şəkildə ya dağıntıya məruz qaldı, ya da mənşəyi dəyişdirilərək, başqa kimliyə aid edilməyə çalışıldı. Bu fəaliyyətlərin isə məqsədi tam başqa idi. Burada söhbət təkcə fiziki məhvetmədən getmirdi. Bununla da tarixi yaddaş silinir, gələcək nəsillər üçün izlər itirilir və 100 illər sonra erməni iddiaları üçün əsas formalaşdırılırdı. Nəticədə, maddi irsin məhv edilməsi regionda kimlik mübarizəsinin alətlərindən birinə çevrilərək, siyasi və ideoloji hədəflərin həyata keçirilməsində istifadə olunan mühüm vasitə rolunu oynadı.

Go to News Site