Banker
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək. Banker.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb. Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib
Go to News Site