Collector
"PAŞA Holding" struktur transformasiyası çərçivəsində "PAŞA Ventures Company" MMC-ni təsis edib | Collector
"PAŞA Holding" struktur transformasiyası çərçivəsində "PAŞA Ventures Company" MMC-ni təsis edib
Oxu

"PAŞA Holding" struktur transformasiyası çərçivəsində "PAŞA Ventures Company" MMC-ni təsis edib

"PAŞA Holding" davam edən struktur transformasiyası və strateji inkişaf planları çərçivəsində "PAŞA Ventures Company" MMC-nin yaradıldığını elan edib. Hüquqi baxımdan əvvəlki "PAŞA Management Company" əsasında formalaşdırılan yeni şirkət mahiyyət etibarilə fərqli fəaliyyət istiqamətinə malik olacaq və müxtəlif sahələrdə fəaliyyət göstərən aktivlərin mərkəzləşdirilmiş idarə edilməsini həyata keçirəcək. "PAŞA Ventures Company" MMC-nin idarəçiliyi altında "Saffron Restaurant Group", "Blue Planet" pərakəndə satış şirkəti, "Caspian Entertainment" və "PAŞA Travel" kimi aktivlər birləşdiriləcək.

Go to News Site