Qaradağ rayonunun Lökbatan qəsəbəsində fəaliyyət göstərən mərmər sexində 57 yaşlı ustanın üzərinə məzar daşı düşüb. Ağır xəsarətlər alan kişi hadisə yerində faciəli şəkildə ölüb. Faktla bağlı araşdırma aparılır.