Collector
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür | Collector
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür
Report

Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bu Sərəncamın əsasında Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq ənənələrinin yaşadılması, ölkəmizdə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədi dayanır. Xüsusi qeyd edilməlidir ki, respublikamız iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində etibarlı tərəfdaş kimi tanınır, bu sahələrdə nəticəyönümlü beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, həmçinin dayanıqlı şəhərsalma proseslərində fəallığı ilə seçilərək böyük təcrübə qazanıb. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi barədə qərarın qəbul olunması Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu əyani şəkildə nümayiş etdirir.

Go to News Site