Oxu
"Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu getdikcə artır. Xüsusilə ortaq tarixə, mədəniyyətə, dilə və strateji maraqlara malik dövlətlərin birlik modeli artıq yalnız siyasi platforma deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar əməkdaşlığın mühüm mexanizminə çevrilib. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə qlobal və regional siyasətdə təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq institutlardan biri kimi çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri və Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı da məhz bu baxımdan xüsusi siyasi və strateji əhəmiyyət daşıyır. Bu səfər yalnız diplomatik hadisə deyil, eyni zamanda Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi platforma kimi tarixə düşür.
Go to News Site