Oxu
H.Z.Tağıyev-Sahil avtomobil yolu bərbad vəziyyətdədir. Yolun, xüsusilə, Qızıldaş qəsəbəsindən Müşfiqabad qəsəbəsinə qədər olan hissəsi tamamilə sıradan çıxıb. R6 magistralında işıqlandırma sisteminin olmaması isə gecə saatlarında qəza riskini daha da artırır. 2014-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilən 42 kilometrlik bu xətt artıq 12 ildir ki, bərpa edilmir. Mövcud acınacaqlı vəziyyət hər gün həmin yoldan keçən sürücülərin haqlı narazılığına səbəb olur.
Go to News Site