Collector
Bu avtobuslarda gedişhaqqı artırıldı | Collector
Bu avtobuslarda gedişhaqqı artırıldı
Banker

Bu avtobuslarda gedişhaqqı artırıldı

119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilib. İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək. Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

Go to News Site