"Niyə" sualı ilə həyatı dəyişən azərbaycanlı gənc: "Uğura nail olmağın təməli öz acizliklərini dərk etməkdən keçir"

"Niyə" sualı ilə həyatı dəyişən azərbaycanlı gənc: "Uğura nail olmağın təməli öz acizliklərini dərk etməkdən keçir"

Onun adı bu il Prezident mükafatına layiq görülən 10 gənc arasında çəkilir. Uğurunun sirrini isə özünə verdiyi suallarda görür. Deyir ki, "bakalavr pilləsini bitirəndə elə bilirdim ki, çox şey bilirəm. Magistraturada az bildiyimi anladım, doktoranturada isə dərk etdim ki, dünya olaraq hələ öyrənməli çox şeyimiz var".