“Apple” yeni cihazlarını təqdim edib

“Apple” yeni cihazlarını təqdim edib

ABŞ-nin “Apple Inc.” şirkəti yeni “M5” çipini təqdim edərək onu iPad Pro planşetlərinə, “Vision Pro” virtual reallıq eynəklərinə və 14 düymlük displeyli “MacBook Pro” noutbuklarına inteqrasiya edib. Bu barədə şirkətin press-relizində bildirilib. Məlumata əsasən, “M5” 3nm proses texnologiyasından istifadə edir, hər nüvədə süni intellekt sürətləndiricisi olan on nüvəli qrafika prosessoru və əvvəlki nəsil “M4” çipi […]

Ramiz Mehdiyev kimi vətən xainləri... - Deputatdan sərt sözlər

Ramiz Mehdiyev kimi vətən xainləri... - Deputatdan sərt sözlər

Azərbaycan dövləti demokratik və hüquqi dövlətdir. Ölkəmizdə heç kəs – hətta toxunulmazlıq statusu olan şəxslər belə – qanun qarşısında məsuliyyət daşımalı və hüququn aliliyinə hörmət etməlidir.   Azərbaycan xalqı dövlət müstəqilliyini asanlıqla əldə etməyib. Minlərlə qiymətli vətəndaşımız müstəqilliyimiz, ərazi bütövlüyümüz ...

Kərkicahana köçlə bağlı işlər görülür

Kərkicahana köçlə bağlı işlər görülür

III Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, müasir şəhərsalma prinsiplərinin tətbiqinin və dayanıqlı inkişafın nümayişidir. Bu forum, eyni zamanda, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini bir daha göstərir. Bu, sadəcə bir forum deyil, bu, azad edilmiş torpaqlarımızda yenidənqurmanın, bərpanın və inkişafın simvoludur. Bunu Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda […]

Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 270 milyon dolları ötüb

Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 270 milyon dolları ötüb

Cari ilin yanvar–avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi təxminən 274 milyon dollara çatıb. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda çıxışı zamanı deyib. AZPROMO nümayəndəsinin sözlərinə görə, ötən ilin iyun ayında keçirilmiş Azərbaycan–Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclasında təsdiqlənən 2024–2025-ci illər üçün Yol […]

Rusiya neft şirkətlərinin iştirak etdiyi Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib

Rusiya neft şirkətlərinin iştirak etdiyi Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib

Rusiyanın “Lukoyl” və “Rosneft” neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib. Bu barədə “Lukoyl” və “Rosneft”i sanksiyalar siyahısına əlavə edən Böyük Britaniyanın Maliyyə Nazirliyindən bildirilib. “Xəzər Boru Kəməri Konsorsiumu”, “TengizChevroil”, “Şahdəniz”, “Cənubi Qafqaz Qaz Boru Kəməri” (Bakı-Tiflis-Ərzurum), “Azerbaijan Gas Supply Company” və “Qaraçaqanak” layihələri 14 oktyabr […]