I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi davam edir

I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi davam edir

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi davam edir. Valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər. Qeyd edilən tarixə qədər övladları üçün portaldan sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər. Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.

“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

“Allianz Trade” Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

Beynəlxalq sığorta və risk qiymətləndirmə şirkəti Allianz Trade (əvvəlki Euler Hermes) Azərbaycanın ölkə risk reytinqini “C1” səviyyəsində sabit saxlayıb. “APA-Economics” xəbər verir ki, şirkət Azərbaycanı yenidən “aşağı risk” (low risk) kateqoriyasına daxil edib və yaşıl zonada göstərib. Bu, ölkənin makroiqtisadi sabitliyinin və qısamüddətli maliyyə risklərinin azlığını əks etdirir. Qiymətləndirməyə əsasən, Azərbaycanın maliyyə sistemi, xarici ödəniş […]

Onun pianosu 2 ildən çoxdur açıq qalıb...

Onun pianosu 2 ildən çoxdur açıq qalıb...

İsrailin şimalındakı Lavon şəhərində bu gün səhər saatlarında sakinlər azad olunan girov Alon Ohelin görüntülərini izləmək üçün bir araya gəliblər. Onun doğulduğu şəhərdə insanlar canlı yayıma baxaraq alqışlayıb, mahnılar oxuyublar.  Modern.az bu barədə "Reuters"ə istinadən xəbər verir. Ohelin bibisi Nirit Kremer bildirib ...

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb

Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb. Ölkə.az xəbər verir ki, əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib və tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan K...

İsrail və HƏMAS arasında əsirlərin mübadiləsi prosesi başlayıb

İsrail və HƏMAS arasında əsirlərin mübadiləsi prosesi başlayıb

Fələstin qruplaşması HƏMAS ilk yeddi girovu azad edib. Onlar Qəzzada Qırmızı Xaç Komitəsinə təhvil verilib, “The Jerusalem Post” yazır. “Beynəlxalq Qırmızı Xaç Komitəsi İsrail və HƏMAS arasında atəşkəs sazişi çərçivəsində girovların və saxlanılan şəxslərin azad edilməsinə yardım məqsədilə çoxmərhələli əməliyyata başlayıb”, – mesajda deyilir. Yaxın saatlarda İsrail və HƏMAS Qəzza sektorunda saxlanılan 20 israilli əsiri […]